Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bosniya və Herseqovinada Xocalı faciəsindən bəhs edən kitabın və eyniadlı filmin təqdimatı olub

24.02.2020 [15:36]

Xəbərin mətni

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycanın bu ölkədəki, həmçinin Serbiya və Monteneqrodakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Onlar heç vaxt böyüməyəcəklər” kitabının və eyniadlı filmin təqdimatı keçirilib. Müəllifi jurnalist Səriyyə Müslimqızı olan kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı zamanı qətlə yetirilmiş 63 uşağın faciəli həyatından bəhs edir.