SİYASƏT


Beynəlxalq Qadınlar Günü Hərbi Dəniz Qüvvələrində qeyd edilib

Martın 6-da Hərbi Dəniz Qüvvələrində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən birinci dərəcəli kapitan Natiq Bağırov qadınları təbrik edib, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan qadının ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində də yaxından iştirak etdiyini qeyd edib.