Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırırlar
20.03.2020 [14:02]
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq hərbi hissələrdə əsgərlərin valideynlərlə görüşləri müvəqqəti dayandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Müdafiə nazirinin müvafiq tapşırığına əsasən, Novruz bayramı günlərində hərbi qulluqçuların öz ailə üzvlərinə təbriklərini çatdırmaları üçün hərbi hissə ilə əsgərlərin evləri arasında videobağlantılar təşkil olunur.