Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Koronavirusa yoluxmuş xəstənin ağciyərinin 3D görüntüsü yayımlandı

29.03.2020 [16:05]

ABŞ-ın Corc Vaşinqton Universiteti Xəstəxanasının həkimləri 360 dərəcəlik virtual reallıq texnologiyasından istifadə edərək koronavirus (Covid-19) xəstəsinin ağciyərlərinə baxıblar.
AZƏRTAC xəbər verir ki, virtual görüntüdə koronavirusun ağciyərlərə yayılması təsvir edilir.
3D ağciyər simulyasiyasında sağlam ağciyər toxumaları şəffaf mavi rənglərdə, sağlam olmayanlar isə yaşıl iltihablı toxuma şəklində görünür. Ağciyərlərdə iltihab qandan oksigen daşınmasını və karbon qazının qarşısını alır. Bu səbəblə koronavirus diaqnozu qoyulan xəstələr nəfəs almaqda çətinlik çəkirlər.