Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb

31.03.2020 [13:22]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhərdə həm xidməti avtomobillərlə əhaliyə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir.