Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir
01.04.2020 [16:53]
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 1-də Səbail MKTB-nin 8 saylı mənzil-kommunal istismar sahəsinin tabeliyində olan ərazi və yaşayış binaları dezinfeksiya edilib.