FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir
01.04.2020 [17:25]
Xəbərin mətni
Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində nazirlik, bir daha, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir.