Yasamalda xüsusi karantin rejiminə əməl etməyən internet klubunun sahibi cərimələnib
02.04.2020 [09:31]
Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Yasamal rayonu R.Tağıyev və D.Bünyadzadə küçələrinin kəsişməsində fəaliyyət göstərən internet klub aşkar edilib. Həmin obyektə baxış zamanı azyaşlı və yetkinlik yaşına çatmayanların kütləvi şəkildə xüsusi karantin qaydalarına zidd olaraq oyun zalında olduqları aşkarlanıb.