SİYASƏT


Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib

Aprelin 2-də Xarici İşlər Nazirliyində Azərbaycanın yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizəsinə dəstək olaraq Çin Xalq Respublikası (ÇXR) tərəfindən yardımın təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbirin Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə təsadüf etdiyini vurğulayıb, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan ilə Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksəksəviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir müavini hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və “Vahid Çin” prinsipi məsələlərində bir-birilərini dəstəklədiklərini, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq etdiklərini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır