CƏMİYYƏT


Təmənnasız tibbi maskalar tikən dərzi Aynur Ağabalayevaya icra hakimiyyəti dəstək olub

Xaçmaz Rayon İcra Hakimiyyəti koronavirus infeksiyasına qarşı mübarizədə örnək xidmət göstərən dərzi Aynur Ağabalayevanın fəaliyyətinə dəstək olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qımılqışlaq kəndindən olan Aynur Ağabalayeva könüllü şəkildə insanlar üçün tibbi maskaların tikişi ilə məşğul olur. O, son zamanlar yaşanan maska çatışmazlığını nəzərə alaraq, üz maskaları tikərək, yerli əhali arasında paylayır.