SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında məzunların xidmət yerlərinə yola salınması mərasimi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər hazırlayan ixtisas kursları başa çatıb. Kursları uğurla bitirənlər xidmət yerlərinə yola salınıblar. Zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarında kursantlarla ümumqoşun və ixtisas hazırlıqlarından məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət şəxsi heyətə hərbi-nəzəri biliklərin və praktiki vərdişlərin öyrədilməsinə yönəldilib.