Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karantində SMS ilə icazənin mexanizmləri barədə AÇIQLAMA

03.04.2020 [14:11]

İcazələrin məqsədinə dair 3 kod təyin edilib. 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir. 3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür.