SİYASƏT


Şanlı zəfər tariximiz - Aprel döyüşlərinin qəhrəmanları danışır

AZƏRTAC-ın bölgə müxbiri Aprel döyüşləri zamanı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində hərbçilərlə söhbət edib, döyüş təəssüratlarını öyrənib.
Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov xalqımızı Aprel döyüşlərinin dördüncü ildönümü münasibətilə təbrik edərək deyib: “2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə düşmənin hücumunun qarşısı ön mövqelərdə duran bölmələrimiz tərəfindən alındı, düşmən itki verərək hücumu dayandırmağa məcbur oldu.