Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondu tərəfindən “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan” sosial layihəsi

03.04.2020 [19:44]

Heydər Əliyev Fondunun təşəbbüsu ilə həyata keçirilən “HƏYATIN DƏYƏRLİDİR! EVDƏ QAL, AZƏRBAYCAN!” sosial layihəsi davam edir.  Bu gün muğam ifaçıları-Xalq artisti Alim Qasımov və Fərqanə Qasımova 94 yaşlı Əmiraslan babaya dəstək olublar. Layihənin məqsədi koronavirus (COVID-19) virusu ilə əlaqədar Azərbaycanda davam edən xüsusi karantin rejimində #evdəqal kampaniyasına dəstək göstərməkdir.