SİYASƏT


Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Xaricdə olan azərbaycanlıların gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşının dövlət hesabına, xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilib.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır