Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında yarış keçirilib

09.04.2020 [16:20]

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilib. Yarışda artilleriya divizionlarının şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək birinci olmaq üçün bilik və bacarıqlarını nümayiş etdirib. Təlim-döyüş tapşırığını icra edən artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI