CƏMİYYƏT


Astarada karantin rejimini pozan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndinin sakini olan 6 nəfərin yaşadıqları kənddə hazırda istifadə olunmayan tikilinin damında qumar oynadıqları aşkar edilib. Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və inzibati qaydada həbs olunublar.