CƏMİYYƏT


Almaniya tibbinin koronavirusla mübarizəsi, BSJ amili və digər məsələlərlə bağlı bu ölkədə çalışan azərbaycanlı həkim AZƏRTAC-a danışıb

Almaniyada koronavirusa yoluxanların sayına görə ölüm halları Fransa, İtaliya, İspaniya kimi ölkələrdən dəfələrlə aşağıdır. Eyni zamanda müşahidələr göstərir ki, Şərqi Almaniyada yoluxma və ağırlaşma halları Qərbi Almaniyadan azdır. Bütün bu məsələlərə Almaniyanın Bonn Universitet klinikasında ürək-damar mütəxəssisi və cərrah işləyən azərbaycanlı həkim, tibb elmlər namizədi Fərid Əzizovla birgə aydınlıq gətirməyə çalışdıq.