Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi qulluqçulara ərzaq məhsullarının verilməsi davam etdirilir

20.04.2020 [18:12]

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun ərzaq təminatı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normalar üzrə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və digər kontingentə ərzaq payı dövlət hesabına verilir. Hərbi hissələrdə şəxsi heyətin keyfiyyətli qidalanması, bişirilən yeməklərin çeşidinin artırılması ilə yanaşı xüsusilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI