SİYASƏT


Kursantlar zirehli texnikanın məşq qurğularında çalışmalar yerinə yetirir

2020-ci ilin tədris proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursantların bilik və bacarıqlarının artırılması məqsədilə zirehli texnikanın məşq qurğularında çalışmalar yerinə yetirilir. Proqram təminatı vasitəsi ilə müxtəlif hava şəraiti və coğrafi xüsusiyyətlərin təqlid edildiyi atəş şəhərciyində kursantlar PDM-2 məşq qurğularında sürücülük üzrə praktiki vərdişlərini təkmilləşdirirlər.