Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi keçirilib

02.05.2020 [14:59]

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib. Komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib. Səhra şəraitində təşkil edilmiş təlim yerlərində müxtəlif fənlər üzrə keçirilən dərslərdə döyüş texnikalarının heyətlərindən normativlərin qəbulu, hərbi hissədə texnikaların yoxlanması, səhra şəraitində avtomobil və döyüş maşınlarının yanacaqla təminatı qaydaları göstərilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI