SİYASƏT


ANAMA Saloğluda bir gündə 700-dən çox partlamamış hərbi sursat zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığında yerləşən mərkəzi məhvetmə ərazisində toplanan partlamamış hərbi sursatları zərərsizləşdiriblər.
AZƏRTAC xəbər verir ki, ANAMA Saloğlu qəsəbəsi ərazisində növbəti dəfə 700-dən çox partlamamamış hərbi sursatı mərkəzi məhvetmə sahəsində zərərsizləşdirib. Müxtəlif ərazilərdən toplanan partlamamış hərbi sursatlar (PHS) təhlükəsizlik tədbirlərinə əməl olunmaqla yaşayış yerindən 4 kilometr uzaq məsafədə partladılıb.