Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sinqapurda sosial məsafənin qorunmasına "robot köpək" nəzarət edir

08.05.2020 [18:57]

Mayın 8-də Sinqapurun Bishan-Ang Mo Kio Parkında insanlar arasında sosial məsafənin əməl olunmasına nəzarət edən robot işə salınıb. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Spot adlanan bu "robot köpək", ölkənin Milli Parklar Şurası tərəfindən nəzarət edilən parklarda, bağ və təbiət qoruqlarında əhaliyə sosial məzafə ilə bağlı xəbərdarlıq edəcək.