SİYASƏT


Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib. Bakı şəhərində keçirilən anım mərasimlərində hərbi qulluqçular Sovet İttifaqı Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidələri və Qardaşlıq məzarlarını ziyarət ediblər.