SİYASƏT


Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə yarışlar keçirilib

Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə yarışlar keçirilib. Yarışlarda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları fərqləniblər. Hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, güclü komandaların tərkibinin müəyyən edilməsi məqsədi ilə keçirilən birincilikdə 15 komandadan 90 idmançı mübarizə aparıb. İdmançı hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atəş açma, uzaqlığa və dəqiqliyə qumbaraatma, 8 km məsafəyə kross qaçışı və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar. Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb. Birinciliyin nəticələrinə əsasən ilk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.