SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda ixtisasdəyişmə və təkmilləşdirmə kurslarını bitirən zabitlərin buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda ixtisasdəyişmə və təkmilləşdirmə kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirən zabitlər yeni vəzifələrə təyin olunublar. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov kurslara cəlb edilmiş zabitlərin ixtisaslarına uyğun nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirildiyini qeyd edib.