CƏMİYYƏT


Milli Parkın ərazisində qanunsuz ov edən Masallı sakini saxlanılıb

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin əməkdaşları Qızılağac Milli Parkının əməkdaşları ilə birgə reyd keçiriblər.
AZƏRTAC xəbər verir ki, reyd zamanı Masallı rayonunun Xırmandalı kənd sakini İsaq Qasımov Milli Parkın ərazisində qanunsuz ov edərkən ondan iki ədəd ovladığı çöl donuzu və sənədsiz Toz-66 markalı silah, 8 ədəd patron, 3 ədəd giliz aşkar edilərək götürülüb.