SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri təlim-metodiki toplantıya cəlb ediliblər. Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrində məşğələlərin vahid metodika üzrə keçirilməsinə nail olmaq üçün təşkil olunan toplantıda zabitlərə taktiki sıra üsulu ilə vacib fənlərdən məşğələlər keçirilib.