ELM VƏ TƏHSİL


Növbəti buraxılış imtahanlarında 43 mindən çox şagird iştirak edəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 və 19 iyun tarixlərində ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək. İmtahanlar respublikanın 38 şəhər və rayonunda təşkil olunacaq.
İyunun 18-də keçiriləcək imtahanlarda 24312, iyunun 19-da keçiriləcək imtahanlarda isə 19455 nəfər olmaqla, ümumilikdə 43767 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu istifadə olunmalıdır.