Magistraturaya qəbul olunmaq üçün 7 mindən çox bakalavr ərizəsini təsdiq edib
16.06.2020 [18:14]
2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 7160 nəfər (Azərbaycan bölməsi - 6618; rus bölməsi - 542) ərizəsini təsdiqlədib.