ELM VƏ TƏHSİL


BŞTİ ümumi təhsil sahəsində görülən işlərlə bağlı hesabat yayımlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2019-2020-ci tədris ilində ümumi təhsil sahəsində görülən işlərlə bağlı hesabat yayıb. Hesabatda qeyd olunur ki, 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub. Ümumi təhsil müəssisələrinin I siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini isə 124 nəfər bitirib. Paytaxt üzrə I sinifə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub. 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.