Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xudat şəhərində 432 şagird yerlik məktəb binası tikilir

19.06.2020 [18:17]

Xəbərin mətni

Xaçmaz rayonunun Xudat şəhərində tikilən 432 şagird yerlik ikimərtəbəli məktəb binası yeni tədris ilinə kimi istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb. Artıq binanın ikinci mərtəbəsinin inşası yekunlaşdırılaraq dam örtüyünün vurulmasına başlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI