CƏMİYYƏT


Paytaxt küçələrində daha bir gücləndirilmiş dezinfeksiya işləri aparılır

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin yeddi şəhər və bir rayonunda iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və iki min nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 6-cı gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılır.