ELM VƏ TƏHSİL


Bu ilin ilk Günəş tutulması başa çatıb

Dünyada Günəş tutulması Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb, saat 13:34-dək davam edib. Tutulmanın maksimum həddi 10:41-də olub.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada da müşahidə edilib. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən görmək mümkün olub.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Azərbaycanda da bu təbiət hadisəsini qismən izləmək mümkün olub.