CƏMİYYƏT


Qubada 3 yaşayış evini ildırım vurub

İyunun 22-i günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan yağışı, dağlıq ərazilərdə isə dolu yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Alpan kəndində 3 vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə şimşək düşüb, bir yaşayış evini isə su basıb. Rayonun Digah kəndində evlərdən birini su basıb.
Dəyən ziyanın hesablanması və aradan qaldırılması istiqamətində işlərə başlanılıb.