CƏMİYYƏT


Cəlilabadda genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Cəlilabad şəhərində koronavirus pandemiyası ilə mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı texnikası, eləcə də kommunal xidmətlərin balansında olan dörd ədəd suçiləyən texnika cəlb edilib. Gün boyu davam edən dezinfeksiya tədbirləri çərçivəsində şəhərin küçələri xüsusi kimyəvi məhlullarla yuyulub.