CƏMİYYƏT


Kür çayında batan yeniyetmənin cəsədi tapılaraq ailəsinə təhvil verilib

Kür çayında 16 yaşlı yeniyetmə boğulub. Faciəli hadisə iyunun 22-də olub. İmişli rayonunun Telişli kənd sakini 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlu Kür çayının Kürdəmirin Mollakənd kəndi ərazisindən keçən hissəsində həmyaşıdları ilə birlikdə çimərkən qəflətən halı pisləşib. Yaxındakılar onu sudan çıxarmağa cəhd göstərsələr də xilas edə bilməyiblər. Yeniyetmənin axtarışları bugün başa çatıb. Onun meyiti FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.