CƏMİYYƏT


Xızıda evində partlayıcılar gizlədən və Giləzi qəsəbəsində qumbara partladan şəxslər saxlanılıb

İyunun 21-i gecə saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən iki dəfə qumbara partladılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar şöbə əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin ərazidən daha bir partlamamış əl qumbarası aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır