ELM VƏ TƏHSİL


2020/2021-ci tədris ili üçün Azərbaycan bölməsi üzrə magistraturaya 8 minə yaxın tələbə qəbul olub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən proqram və ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfər magistraturaya qəbul olunub.
DİM-dən bildirilib ki, Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689 nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88,38 faiz dolub, 1094 plan yeri (11,62 faiz) boş qalıb.