SİYASƏT


İnformasiya agentlikləri pandemiya dövründə süni intellektdən daha geniş istifadə etməyə başlayıblar

İnformasiya agentlikləri pandemiya dövründə xəbər istehsalı üçün süni intellektdən daha geniş istifadə edirlər. Jurnalistlərin bir çoxunun məsafədən işləməsi şəraitində bu texnologiyalar agentliklərin fəaliyyətindəki dinamikanı sabit saxlamağa və artırmağa imkan verir.
Koronavirus pandemiyası zamanı informasiya agentliklərinin fəaliyyəti, xəbər istehsalında mövcud vəziyyət və perspektivlər Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Giboinin moderatorluğu ilə keçən növbəti onlayn seminarda müzakirə olunub.