Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali məktəblərə qəbul olunmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

29.06.2020 [18:04]

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ərizələrinin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 17:00-a olan məlumata görə, 12 min 50 subbakalavr elektron ərizəsini təsdiqlədib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI