ELM VƏ TƏHSİL


Qusarda 460 yerlik məktəb binası əsaslı təmir olunur

Qusar rayonunun Quxuroba kənd tam orta məktəbində əsaslı təmir-bərpa işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasında təmir-bərpa işlərinə ötən ilin iyul ayından başlanılıb. 1989-cu ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi.
Əsaslı təmir işləri yekunlaşdıqdan sonra məktəbdə 460 şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.