Lənkəranlı məzunlar respublika üzrə yüksək nəticə əldə ediblər
09.07.2020 [18:48]
Xəbərin mətni
İyunun 18 və 19-da keçirilən buraxılış imtahanlarında Lənkəran məktəbliləri yüksək nəticə əldə ediblər. Həsən Abbaslı imtahanlarda iştirak edən 21 min abituriyent arasında birinci, Rüstəm Əzimzadə isə üçüncü yeri qazanıb.
AZƏRTAC xəbər verir ki, 11-ci siniflər üçün buraxılış imtahanında ən yüksək nəticə əldə edən Abbaslı Həsən İsgəndər oğlu Lənkəran Şəhər 1 saylı tam orta məktəb məzunudur.