ELM VƏ TƏHSİL


Buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün 24-25 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 8385 nəfərdən 120 nəfər imtahana gəlməyib.
İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 290.7 bal toplayan Balakən rayonu, Katex kənd 3 saylı tam orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 289.6 bal toplayan Quba rayonu, Güləzi kənd tam orta məktəbin, üçüncü ən yüksək nəticəni isə 288.3 bal toplayan Quba rayonu, Səbətlər kənd tam orta məktəbin məzunu göstərib.