Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyə Prezidenti: Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq

17.07.2020 [17:28]

Xəbərin mətni

Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Dağlıq Qarabağ işğal altındadır. Minsk qrupu 25-30 ilə yaxındır ki, bu işi masanın üstündə saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi nəticəsində yaranan gərgin hərbi vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.