Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin kollektivinə təqdim olunub

17.07.2020 [18:43]

Xəbərin mətni

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI