SİYASƏT


Latviyada yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatlarına etiraz olaraq aksiya keçiriblər

Latviyadakı Azərbaycan icmasının üzvləri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində əvvəlcə həmvətənlərimizin avtomobil karvanından ibarət etiraz yürüşü təşkil olunub. Üzərində Azərbaycan bayrağının, “Erməni təcavüzünə son!”, “Qarabağın işğalına son!” şüarlarının olduğu avtomobillər Riqa şəhərinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.