SİYASƏT


Ermənistanın hərbi təxribatlarına etiraz olaraq Vyanada aksiya keçirilib

İyulun 18-də Vyana şəhərinin mərkəzində, Dövlət Operasının qarşısında Ermənistan silahlı qüvvələrinin ötən günlərdə Azərbaycana qarşı törətdiyi təxribatlara etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (Azeri-DER) təşkilatçılığı ilə keçirilən aksiyada bu ölkədə yaşayan soydaşlarımız, türk diasporunun təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları “Ermənistanın işğalına son qoyulsun!“, “Ermənistan BMT qətnamələrini icra etməlidir!“, “Biz yalnız beynəlxalq hüquqla bizim olan torpaqları geri istəyirik!, “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər.