SİYASƏT


İstanbulda Azərbaycana dəstək mitinqi təşkil edilib

İyulun 19-da İstanbulun mərkəzi bölgələrindən olan "Beyazıt meydanı"nda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyədən qardaş Azərbaycana dəstək məqsədilə keçirilən tədbir "Turan Ocaqları", "Bütöv Azərbaycan Ocaqları" İctimai birliklərinin, eləcə də Türkiyədə və İstanbulda fəaliyyət göstərən bir çox Azərbaycan-Türkiyə dostluq cəmiyyətlərinin və İstanbul Universiteti nəzdindəki "Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi"nin təşəbbüsü ilə baş tutub.