SİYASƏT


Azərbaycanın Vaşinqtondakı səfirliyinin qarşısına toplaşan erməni nümayişçilər layiqli cavablarını alıblar

İyulun 19-da erməni lobbisinin, xüsusilə də Amerika Erməni Milli Komitəsinin çağırışı ilə Vaşinqtonun erməni icmasının üzvləri Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi qarşısında toplaşıblar. Onlar erməni silahlı qüvvələrinin iyulun 12-də Tovuz rayonu istiqamətində başladıqları təcavüzə cavab olaraq Azərbaycan ordusu tərəfindən keçirilən əməliyyatlara etiraz ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, türk və yəhudi icmalarının üzvləri onların qarşısına çıxaraq etiraz nümayişi keçirib və erməni tərəfinin yalanını ifşa edən şüarlar söyləyiblər.